...

İsrail prezidenti seçkilərin yekunları üzrə baş nazir vəzifəsinə namizədi açıqlayacaq

Dünya xəbərləri Materials 6 Aprel 2021 04:29 (UTC +04:00)
İsrail prezidenti seçkilərin yekunları üzrə baş nazir vəzifəsinə namizədi açıqlayacaq

Bakı. Trend:

İsrail prezidenti Reuven Rivlin bu gün martın 23-ü növbədənkənar parlament seçkilərindən sonra ölkə hökumətini qurmağı tapşıracağı 24-cü çağırış Knesset deputatının adını açıqlayacaq.

Trend-in məlumatına görə, bu barədə R.Rivlinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Prezident aprelin 5-i 24-cü çağırış Knessetə seçilmiş bütün partiyaların nümayəndələri ilə məsləhətləşmələr keçirib. Prezident hökumətin qurulmasını həvalə edəcəyi namizədlə bağlı qərarını aprelin 6-sı elan edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti