...

Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var

Dünya xəbərləri Materials 19 Aprel 2021 05:31 (UTC +04:00)
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var

Bakı. Trend:

Finlandiyanın paytaxtı Helsinkidə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, aksiya şəhərin mərkəzində Senat meydanında təşkil edilib.

Məlumata əsasən, etirazçılar əraziyə cəlb edilən polis əməkdaşlarının əmrlərinə tabe olmayıblar və nəticədə 17 nəfər saxlanılıb.

Bildirilir ki, hazırda qüvvədə olan məhdudiyyətlərə əsasən paytaxtda altı nəfərdən çox qrup halında toplaşmaq qadağandır və aksiya iştirakçıları bu tələbi yerinə yetirməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti