...

ABŞ-da "Johnson & Johnson" vaksini təhlükəsiz hesab edilib

Dünya xəbərləri Materials 24 Aprel 2021 12:26 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın Qida və Dərman Preparatlarına Nəzarət Administrasiyası və İnfeksion Xəstəliklərə Nəzarət Mərkəzi "Johnson&Johnson" şirkətinin koronavirus vaksininin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Trend-in məlumatına görə, qurumların yaydığı bəyanatda deyilir ki, vaksinin istifadəsi səmərəlidir və sağlamlıq üçün təhlükəsizdir.

Mütəxəssislər peyvənddən sonra trombozun yaranma ehtimalını "çox aşağı" qiymətləndirib. Vaksinin tətbiqinin davam etdirilməsi tövsiyə edilib.

"Johnson & Johnson" vaksini ABŞ-da 18 yaşdan yuxarı bütün şəxslər üçün nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti