...

Tacikistan Qırğızıstan hərbçiləri barəsində cinayət işi açıb

Dünya xəbərləri Materials 3 May 2021 13:42 (UTC +04:00)
Tacikistan Qırğızıstan hərbçiləri barəsində cinayət işi açıb

Bakı. Orxan Nəbiyev - Trend:

Tacikistan Baş prokurorluğu Qırğızıstan hərbçiləri barəsində cinayət işi açıb.

Trend-in məlumatına görə, bu barədə Baş prokurorluq bildirib.

Qeyd olunur ki, hərbçilər barəsində iki maddə ilə, müharibə aparmaq və iki və daha çox şəxsin qətlə yetirilməsi maddələri ilə iş açılıb.

Hazırda həmin maddələr üzrə araşdırmalar davam edir.

Xatırladaq ki, aprelin 29-30-da Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə baş verib. İnsident nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olub, 260-dan çox şəxs yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti