...

"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib

Dünya xəbərləri Materials 6 May 2021 08:14 (UTC +04:00)
"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib

Bakı. Trend:

ABŞ-ın "SpaceX" şirkəti ötən gün "Starship" kosmik gəmisinin prototipinin uçuş sınaqlarını keçirib. Sınaqların yekunu olaraq Marsa uçuşlar üçün nəzərdə tutulmuş kosmik gəmi şaquli vəziyyətdə eniş edə bilib.

Trend-in məlumatına görə, sınaqlar "Youtube" video paylaşma platformasında yayımlanıb.

"Starship" kosmik gəmisinin prototipi bir neçə dəqiqə ərzində təxminən 10 km yüksəkliyə qalxıb.

Bundan sonra, gəmi Boka-Çika rayonunda (Texas ştatı) yerləşən başlama kompleksinin yanında yerləşən sahəyə uğurlu eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti