...

BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər

Dünya xəbərləri Materials 13 May 2021 05:35 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər

Bakı Trend:

Tunis, Norveç və Çin Fələstin-İsrail münaqişəsi zonasındakı gərginliyin eskalasiyasını müzakirə etmək üçün BTM Təhlükəsizlik Şurasının yaxın zamanda açıq iclasının keçirilməsini istəyiblər.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Təhlükəsizlik Şurasındakı mənbə deyib.

Mənbə bildirib: "Çin,Tunis və Norveç Fələstin və İsrail ətrafındakı vəziyyətlə bağlı cümə günü açıq görüşün keçirilməsini istəyib. Qərar yaxın zamanda cari ay Təhlükəsizlik Şurasının sədri olan Çin tərəfindən qəbul ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti