...

Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub

Dünya xəbərləri Materials 18 May 2021 06:30 (UTC +04:00)
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub

Bakı. Trend:

Braziliyada hökuməti Milli nüvə təhlükəsizliyi agentliyini (ANSN) təsis edilib.

Trend TASS-a istinadən xəbər verir ki, sənədin mətninə uyğun olaraq Nüvə enerjisi üzrə milli komissiyanın səlahiyyətlərinin bir hissəsini öz üzərinə götürəcək yeni qurum "nüvə təhlükəsizliyinin monitorinqi, tənzimlənməsi və yoxlanılması, radioloji qorunma və nüvə obyektlərinin qorunması məsələləri ilə məşğul olacaq".

Agentliyin iqtisadi, ticarət, sənaye fəaliyyətlərini tənzimləyici funksiyaları və araşdırma ilə məşğul olmayacağı qeyd olunur. Eyni zamanda ANSN, nüvə təhlükəsizliyi sahəsində normaları müəyyənləşdirəcək, filiz, konsentrat və uran tullantıları ilə əməliyyatlar üçün lisenziyalar və icazələr verəcək.

ANSN-in mənzil-qərargahı 922 nəfərlik heyətlə Rio-de-Janeyroda yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti