...

ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq

Dünya xəbərləri Materials 22 İyun 2021 06:20 (UTC +04:00)
ABŞ ordusu Əfqanıstandan müəyyən edilmiş vaxtda çıxarılacaq

Bakı.Trend:

Amerika hərbi kontingenti vaxtında Əfqanıstandan çıxarılacaq və bu ölkədəki mövcud vəziyyət plana təsir göstərməyəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

O, Əfqanıstandakı daim dəyişən vəziyyətin fonunda ABŞ ordusunun çıxarılmaıs planlarında dəyişikliklər barədə verilən suala cavab olaraq bildirib: "İki şey dəyişməz olaraq qalır. Birincisi, diplomatik protokollara riayət etmək üçün qalan birliklərdən başqa bütün ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını başa çatdıracağıq. İkincisi, bu, [ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması] sentyabr ayının əvvəlində ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti