...

BMT Təhlükəsizlik Şurasının kiber təhlükəsizlik üzrə iclası keçiriləcək

Dünya xəbərləri Materials 28 İyun 2021 00:39 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının kiber təhlükəsizlik üzrə iclası keçiriləcək

Bakı.Trend:

Estoniyanın təşəbbüsü ilə iyunun 29-u BMT Təhlükəsizlik Şurasında kiber təhlükəsizlik mövzusunda yüksək səviyyəli iclas keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, onlayn iclas Estoniyanın baş naziri Kaya Kallasın sədrliyi ilə keçiriləcək, təşkilatın baş katibinin müavini İdzumi Nakamitsu hesabat təqdim edəcək.

Bildirilir ki, kiber təhlükəsizlik mövzusu BMT Təhlükəsizlik Şurasının üzvü kimi Estoniyanın prioritetlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti