...

Filippində hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 İyul 2021 11:02 (UTC +04:00)
Filippində hərbi təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Filippin Hava Qüvvələrinə məxsus təyyarə ölkənin Sulu arxipelaqı yaxınlığında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin komandanı Sirilito Sobecana bildirib.

Onun sözlərinə görə, xilasetmə əməliyyatı davam edir:

"Hazırda sərnişinləri və heyət üzvlərini xilas etmək üçün əlimizdən gələni edirik". O vurğulayıb ki, 40 nəfər xilas edilib.

Ümumilikdə təyyarənin göyərtəsində ən az 85 nəfər var olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti