...

Rusiyada koronavirusa daha 25 min nəfər yoluxub

Dünya xəbərləri Materials 18 İyul 2021 17:46 (UTC +04:00)
Rusiyada koronavirusa daha 25 min nəfər yoluxub

Bakı. Trend:

Rusiyada ötən stuka ərzində koronavirusa 25 018 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 958 133 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusa 764 nəfər vəfat edib, 18 886 nəfər isə sağalıb. Koronavirusdan ölənlərin ümumi sayı 148 419, sağalanların sayı isə 5 341 231 nəfər təşkil edir.

Bildirilir ki, hazırda 468 483 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti