...

Baydenin fəaliyyətinin bəyənilməsi reyntinqi ilk dəfə 50 faizə düşüb

Dünya xəbərləri Materials 24 İyul 2021 05:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Baydenin fəaliyyətinin bəyənilməsi reyntinqi ilk dəfə 50 faizə düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Gallup" sosial xidmətinin iyul ayında keçirdiyi sorğunun nəticələrində deyilir.

Nəticələrə əsasən, amerikalıların 45 faizi C.Baydenin ABŞ prezidenti vəzifəsindəki fəaliyyətini bəyənmir, 5 faizi isə mövqesiz qalıb. Beləliklə, ABŞ prezidentinin fəaliyyətini sorğuda iştirak edəcnlərin yalnız 50 faizi bəyənib, bu isə iyun ayında keçirilən sorğuyla müqayisədə 6 faiz daha azdır.

Qeyd edilir ki, iyul ayının reytinqində C.Baydenin dövlət başçısı olduğu dövrdə ən aşağı göstərici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti