Bakı. Orxan Nəbiyev - Trend:
Avropanın cənubunda anomal istilər hökm sürür.
Trend-in məlumatına görə, İtaliyanın Siciliya adasının cənub-şərqində 48,8 dərəcə isti qeydə alınıb.
Bu göstərici Avropa qitəsində qeydə alınmış ən yüksək temperatur olub.
Bundan əvvəl 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada 48 dərəcə, 1999-cu ildə Siciliyada 48,5 dərəcə isti qeydə alınmışdı.
Qeyd olunur ki, anomal istilər, həmçinin İspaniya və Portuqaliyada da davam edir.