...

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 08:55 (UTC +04:00)
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in məlumaına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, son 3 gündür ki, Qəzza zolağından İsrail ərazisinə raketlər atılır. Son dəfə ötən gün axşam saatlarında İsrail ərazisinə raket atılıb. Bütün raketlər "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti