...

"WhatsApp"da yeni funksiya işə salınıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2021 19:19 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

"WhatsApp" messencerində yeni funksiya işə salınıb.

Trend-in məlumatına görə, bunu şirkətin icraçı direktoru Uill Ketkart bildirib.

Qeyd olunur ki, messencer istifadəçilərə yaxınlıqdakı mağaza və xidmətləri tapmağa imkan verəcək.

"WhatsApp"ın "Android" versiyasında "Yaxınlıqdakı müəssisələr" funksiyası yaradılıb. Burada mağaza, restoranlar, emalatxanalar və digər müəssisələr barədə məlumatlar toplanıb.

Funksiya hələlik Braziliyanın San-Paulu şəhərində işə salınıb. Şirkət gələcəkdə funksiyanın əhatə dairəsini genişləndirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti