...

"Qatar Airways" təyyarəsi ilə 28 ABŞ vətəndaşını Əfqanıstandan təxliyə edilib

Dünya xəbərləri Materials 19 Sentyabr 2021 03:38 (UTC +04:00)
"Qatar Airways" təyyarəsi ilə 28 ABŞ vətəndaşını Əfqanıstandan təxliyə edilib

Bakı. Trend:

"Qatar Airways" təyyarəsi Əfqanıstanın paytaxtından 28 Amerika vətəndaşı və ABŞ-da yaşamaq icazəsi olan yeddi nəfəri təxliyyə edib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında deyilib.

Diplomat bildirib: "Qatar Airways" çarter reysinin dünən [cümə günü] 28 ABŞ vətəndaşı və yeddi qanuni yaşamaq icazəsi olanlar ilə Kabildən qalxdığını təsdiq edə bilərik. Bu uçuşları bizimlə əlaqələndirməyə davam edən Qətər rəhbərliyinə minnətdarıq".

O, "Taliban" hərəkatının təxliyyə prosesinə köməklik göstərdiyini qeyd edib: "Beynəlxalq ictimaiyyət bu uçuşlarda taliblərin əməkdaşlığını alqışlayır və Amerika vətəndaşlarının və Əfqanıstanın tam sərbəst hərəkət azadlığına sahib olması üçün qarşılıqlı fəaliyyətimizə davam edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti