Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada sentyabrın 17-dan 19-dək keçirilmiş parlament seçkilərinin rəsmi yekunları açıqlanıb.
Trend-in məlumatına görə, yekun nəticələrə əsasən, hakim "Vahid Rusiya" partiyası 49,82 faiz, Rusiya Kommunist Partiyası 18,93 faiz, Rusiya Liberal-Demokrat Partiyası 7,55 faiz, "Ədalətli Rusiya - Həqiqət naminə" partiyası 7,46 faiz, "Yeni insanlar" partiyası 5,32 faiz səs toplayıb.
Koronavirus pandemiyası ilə əlaqədar üç gün ərzində keçirilmiş seçkilərdə 56,5 milyona yaxın seçici iştirak edib. Seçici fəallığı 51,72 faizə bərabər olub.
2016-cı ildə keçirilmiş parlament seçkilərində seçici fəallığı 47,88 faiz təşkil etmişdi.