Bakı. Trend:
Braziliya federal polisi Rio-de-Janeyronun mərkəzi bölgəsindəki konteynerlərdə təxminən 5 ton kokain aşkar edərək götürüb.
Trend-in məlumatına görə, bu barədə Extra Globo portalı xəbər verib.
Məlumata əsasən, narkotik toz sabun qutularının içərisində gizlədilib. Qadağan olunmuş maddənin tapıldığı gəmi Mozambik üzərindən İspaniyaya gedirdi.