...

Filippin sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 8 Oktyabr 2021 07:49 (UTC +04:00)

Bakı. Trend:

Filippinin Luson adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu xəbər yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Batanqas əyalətində, Kalataqan bələdiyyəsindən 19 kilometr şimal-qərbdə, ocağı isə 131 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edilir ki, sözügedən zəlzələ iyulun 24-də baş verən 6,6 bal gücündə zəlzələnin afterşokudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti