...

"Taliban" hərəkatı Dohada Aİ nümayəndələri ilə görüşəcək

Dünya xəbərləri Materials 11 Oktyabr 2021 23:55 (UTC +04:00)

Bakı. Trend:

"Taliban" hərəkatı Dohada Avropa İttifaqı (Aİ) nümayəndələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri Xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttakiyə istinadən bildiriblər.

Nazir qeyd edib: "Sabah Avropa nümayəndələri ilə görüşəcəyik. Biz başqa ölkələrin nümayəndələri ilə konstruktiv görüşlər keçiririk".

Qeyd edək ki, Taliban həftə sonu Dohada ABŞ rəsmiləri ilə görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti