...

Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2021 13:15 (UTC +04:00)
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Antalya vilayətində turistləri aparan avtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə Manavqat rayonunda baş verib.

Qeyd olunur ki, xəsarət alanlardan 7 nəfəri rusiyalı turist olub. Avtobus yağışlı yolda döngədə idarəetməni itirərək aşıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti