...

İranda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 16 Oktyabr 2021 17:18 (UTC +04:00)
İranda güclü zəlzələ olub

Bakı. Elnur Bağışov – Trend:

İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti