...

İspaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb

Dünya xəbərləri Materials 26 Oktyabr 2021 05:10 (UTC +04:00)

Bakı. Trend:

İspaniyada ötən sutka koronavirusa 4 485 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirsa yoluxanların sayı 5 002 217 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 54 nəfər, ümumilikdə isə 87 186 nəfər vəfat edib.

Qeyd edilir ki, İspaniyada əhaləsinin 78,6 faizi və ya 37,2 milyon vətəndaş koronavirusa qarşı tam peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti