...

Nyu York metrosunda atışma olub

Dünya xəbərləri Materials 26 Oktyabr 2021 07:05 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Nyu York şəhərinin metrosunda silahlı insident baş verib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Nyu York şəhər polisindən bildiriblər.

Məlumata əsasən, insident N xəttində metro qatarının Manhettendə yerləşən "14 Street-Union Square" stansiyasına yaxınlaşarkən baş verib: "Sərnişinlərdən biri digərindən telefonunu ona verməsini tələb edib, daha sonra isə odlu silahdan onun ayağına atəş açıb".

Bildirilir ki, insident metroda insanların çox olduğu zamanda baş verib, lakin başqa xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti