Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın paytaxtı Romada G20 sammiti başlayıb.
Trend-in məlumatına görə, sammit ərəfəsində iqlim fəallarının etiraz aksiyası keçirilib.
Səhər saatlarında 50-yə yaxın etirazçı sammitin keçiriləcəyi əraziyə gedən yolları bağlamağa çalışıb.
Gün ərzində paytaxt yürüşün keçiriləcəyi elan olunub.
Qeyd edək ki, G20 sammiti Romada oktyabrın 30-31-də keçiriləcək.
Sammitlə əlaqədar paytaxt ərazisində hava məklanı bağlanıb. Təhlükəsizliyin təmin olunması üçün 10 mindən çox polis əməkdaşı səfərbər edilib.
Eyni zamanda görüşün keçiriləcəyi ərazinin 10 kvadrat kilometr ətrafında "təhlükəsizlik zonası" elan edilib və nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.