...

Qazaxıstanda mədəndə metan qazı sızıb, 6 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Noyabr 2021 10:16 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanın Karaqanda vilayətində mədəndə metan qazının sızması baş verib.

Trend-in məlumatına görə, hadisə vilayətin Abay şəhərində baş verib.

İlkin məlumatlara görə, mədəndə 64 işçi olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Talqat Uali bildirib ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb (onların vəziyyəti dəqiqləşdirilir).

Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tapşırığı ilə fövqəladə hallar naziri Yuri İlinin başçılıq etdiyi komissiya hadisə yerinə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti