...

İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 1 Dekabr 2021 16:57 (UTC +04:00)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 4 312 nəfər yoluxub, 82 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 121 757 nəfərə, ölənlərin sayı isə 129 912 nəfərə çatıb. Virus daşıyıcılarından 3 328 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 892 574 nəfər koronavirusdan sağalıb, 38,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 106 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,1 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti