...

BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb

Dünya xəbərləri Materials 4 Dekabr 2021 01:21 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, bir sıra ölkələr tərəfindən koronavirusun "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətləri ədalətsiz və səmərəsizdir.

Trend-in məlumatına görə, bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.

Baş katib qeyd edib: "Virusun həqiqətən sərhəd tanımadığını nəzərə alsaq, bir ölkəni və ya bölgəni təcrid edən səyahət məhdudiyyətləri ədalətsiz, repressiv, səmərəsizdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti