...

İran qonşu ölkələrlə sərhədləri bağladı

Dünya xəbərləri Materials 25 Dekabr 2021 16:38 (UTC +04:00)
İran qonşu ölkələrlə sərhədləri bağladı

Bakı. Elnur Bağışov – Trend:

İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərarına əsasən, bu gündən (25 dekabr) İran qonşu ölkələrlə sərhəddə 15 gün müddətinə sərnişinlərin keçidini bağlayıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, qonşu ölkələrlə sərhədlərin vətəndaşlar üçün bağlanmasının səbəbi koronavirusun “omikron” ştammının yayılmasının qarşısını almaqdır.

Lətifi əlavə edib ki, hazırda İran Türkiyə, İraq, Azərbaycan, Pakistan, Əfqanıstan və digər ölkələrlə sərhəd-gömrük məntəqələrini bağlayıb. Sadəcə, diplomatlar və ailələri, daimi yaşamaq, təhsil, müalicə və ticarət icazəsi olan şəxslər sərhədlərdən keçə bilərlər.

“Qonşu ölkələrlə ticarət üzrə bütün sərhəd-keçid məntəqələri fəaliyyət göstərir və heç bir məhdudiyyət tətbiq olunmayıb”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti