Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ölkə prezidentliyinə namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bunu müxalif "Liqa" partiyasının sədri Matteo Salvini bildirib.
Onun sözlərinə görə, S.Berluskoni sağ-mərkəzçi partiyaların yeganə namizədi olacaq.
Qeyd edək ki, İtaliyada yeni prezidentin seçilməsi prosesi yanvarın 24-də başlayacaq. Parlament səsverməsi nəticəsində səs çoxluğu əldə edən şəxs yeddi il müddətinə prezident seçiləcək.
85 yaşlı Silvio Berluskoni 1994-95, 2001-06 və 2008-11-ci illərdə İtaliyanın baş naziri olub.
Ölkənin hazırkı prezidenti Serco Mattarella 2015-ci ildə parlament tərəfindən prezident seçilib.