...

"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri 25 Yanvar 2022 23:21 (UTC +04:00)
"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Son 4 gün ərzində "Ana" tropik fırtınası Madaqaskar, Mozambik və Malavidə 46 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər yayıb.

Məlumata əsasən, Madaqaskarda tropik fırtınanın səbəb olduğu daşqınlar və torpaq sürüşüməsi nəticəsində 39 nəfər ölüb, 65 min nəfər isə evsiz qalıb. Mozambikdə 3 nəfər həlak olub, 49 nəfər xəsarət alıb. Malavidə isə 4 nəfər ölüb, ölkənin bir çox hissəsi elektrik enerjisiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti