...

Sutka ərzində dünyada koronavirusdan 12 mindən çox ölüm faktı qeydə alınıb

Dünya xəbərləri Materials 4 Fevral 2022 02:06 (UTC +04:00)

Bakı. Trend:

Son sutka ərzində dünyada koronavirusdan 12,5 mindən çox ölüm faktı qeydə alınıb.

Trend xəbər verir ki, bu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı məlumatda əks olunub.

Qeyd olunan rəqəmlər 2021-ci ilin iyulundan etibarən ən yüksək göstəricidir. O zaman sutka ərzində 20 111 nəfər xəstəlik səbəbindən vəfat etmişdir.

Son sutkada ÜST 383 509 779 yoluxma və 5 690 824 ölüm barədə məlumat alıb. Virusa yoluxanların sayı 3 milyon 15 min 863 nəfər, ölənlərin sayı isə 12 min 513 nəfər artıb.

ÜST-nin statistikası yalnız ölkələrin rəsmi təsdiqlənmiş məlumatlarını nəzərə alır. Hazırda ən yüksək göstəricilər ABŞ-da müşahidə olunur. Bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 74 787 329, ölənlərin sayı isə 884 477 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti