...

Parisdə güclü yanğın başlayıb

Dünya xəbərləri Materials 7 Fevral 2022 01:44 (UTC +04:00)
Parisdə güclü yanğın başlayıb

Bakı. Trend:

Parisin mərkəzində Sena çayının sol sahilində yerləşən Orse İncəsənət Muzeyində yenidən qurulan binada güclü yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "BFM" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, inşaat körpüləri yanıb. Qeyd olunub ki, “yenidən qurulan binada” 150-dən çox yanğınsöndürən yanğınla mübarizə aparır.

Polis əməkdaşları ərazidə nəqliyyatın hərəkətini dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti