...

Gürcüstanda koronavirusa daha 15 712 nəfər yoluxub, 40 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Fevral 2022 12:05 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 712 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 454 065 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 40 nəfər ölüb, 21 623 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 15 556 nəfər, sağalanların sayı isə 1 248 242 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti