...

Ukraynanın şərqində atəş nəticəsində iki hərbçi həlak olub, dörd nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 Fevral 2022 21:47 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın şərqində Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dördü isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin mətbuat xidməti "Facebook" hesabında məlumat yayıb.

"Açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dörd hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və tibb müəssisələrindədir”, - deyə gündəlik hesabatda bildirilir.

Birləşmiş Qüvvələrin komandanlığı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti