...

Almaniyada yeni yüngül tankını təqdim edib

Dünya xəbərləri Materials 20 Fevral 2022 02:56 (UTC +04:00)
Almaniyada yeni yüngül tankını təqdim edib

Bakı. Trend:

Almaniyanın "Rheinmetall" şirkəti Lynx zirehli maşınlar ailəsindən olan yeni modelini təqdim edib. Zirehli texnika yivsiz (hamar) lülə ilə təchiz edilib.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilir.

Yüngül tank Lynx KF41 piyada döyüş maşınının şassisi əsasında hazırlanıb. Piyada döyüş maşınının döyüş modulu Leopard 2 tankında istifadə olunan 120 mm-lik hamar lüləli yeni qüllə ilə əvəz edilib. Texnikanın sursat komplektinə proqramlaşdırıla bilən detonasiyalı DM11 qəlpəli-fuqas mərmilər daxildir. Tank həmçinin, iki pulemyotla da təchiz edilib.

Lynx 120 hədəfləri avtomatik aşkarlayan və izləyə bilən dairəvi kamera sistemi ilə təchiz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti