...

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Dünya xəbərləri Materials 24 Fevral 2022 00:01 (UTC +04:00)
Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Bakı. Trend:

Ukrayna Ali Radası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyib.

Trend-in məlumatına görə, sessiya zalında qeydiyyatdan keçmiş 339 deputatdan 335-i qərarın lehinə səs verib.

Söhbət Ukrayna prezidentinin "Ukraynanın bəzi regionlarında fövqəladə vəziyyətin tətbiqi haqqında" fərmanının təsdiq edilməsi haqqında qərardan gedir.

Fövqəladə vəziyyət rejimi Vinnitsa, Volın, Dnepropetrovsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovoqrad, Lvov, Nikolayev, Odessa, Poltava, Rivne, Sumi, Ternopil, Xarkov, Xerson, Xmelnitski, Çerkassı, Çernivtsi, Çerniqov vilayətlərində, Kiyev şəhərində fevralın 24-ü saat 00:00-dan etibarən 30 gün müddətinə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti