Bakı. Trend:
Ukraynanın Krivoy Roq şəhərinin sakinləri təxliyə olunur.
Trend-in məlumatına görə, bu barədə Krivoy Roq Şəhər Şurası elan edib.
Qeyd olunur ki, təxliyə tank briqadasının anbarlarına endirilən zərbələrlə əlaqədar həyata keçirilir.
Məlumata əsasən, şəhərin Makulan rayonunun və ətraf ərazilərin sakinləri anbarda partlayış təhlükəsi ilə əlaqədar bölgədən çıxarılır.