...

Boeing 12-ci P-8I təyyarəsini Hindistana çatdırıb

Dünya xəbərləri Materials 25 Fevral 2022 05:41 (UTC +04:00)
Boeing 12-ci P-8I təyyarəsini Hindistana çatdırıb

Bakı. Trend:

Boeing cümə axşamı Hindistana 12-ci P-8I dəniz patrul təyyarəsini təhvil verdiyini bildirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, çatdırılma fevralın 19-da həyata keçirilib. Bu, 2016-cı ildə imzalanmış opsion müqaviləsi çərçivəsində təhvil verilmiş dörd əlavə təyyarədən dördüncüsüdür.

Hindistan P-8 təyyarəsinin ilk beynəlxalq sifarişçisidir. 2013-cü ildə istifadəyə verildiyi vaxtdan bəri P-8I 35.000 saat uçuş həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti