...

Xarkovun mərkəzinə aviazərbə endirilib (VİDEO)

Dünya xəbərləri Materials 1 Mart 2022 11:12 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın Xarkov şəhərinin mərkəzində Xarkov vilayət administrasiyasının binasının yaxınlığına zərbə endirilib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, zərbə nəticəsində binalardan birinə böyük ziyan dəyib. Hər hansı itkilər barədə məlumat verilməyib.

Eyni zamanda, bu gün səhər saatlarında Sumı vilayətinin Axtırka şəhərində hərbi hissəyə endirilən zərbə nəticəsində 70 Ukrayna hərbçisi həlak olub. Bu barədə Sumı vilayətinin rəhbəri Dmitro Jivitski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti