...

"Boeing" şirkəti Rusiya aviaşirkətlərinə ehtiyat hissələrin tədarükünü dayandırıb

Dünya xəbərləri Materials 2 Mart 2022 07:26 (UTC +04:00)
"Boeing" şirkəti Rusiya aviaşirkətlərinə ehtiyat hissələrin tədarükünü dayandırıb

Bakı. Trend:

ABŞ-ın “Boeing” aviakonserni Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükünü və onlara texniki dəstəyi dayandırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı "Boeing" rəsmi bəyanat yayıb.

"Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükü, onlara texniki xidmət və texniki dəstəyi dayandırırıq", - bəyanatda deyilir.

Bundan əvvəl "Boeing" Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Kiyevdəki ofisinin, eləcə də Moskvadakı Skolkovo təlim mərkəzinin işini dayandırmışdı. Bu təlim mərkəzi Boeing təyyarələrində uçan pilotların yenidən hazırlanması və ixtisaslarının saxlanılması üçün ən yaxşı yerlərdən biri hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti