...

Putin KTMT-nin sülhməramlı fəaliyyəti ilə bağlı sənədi Dumaya təqdim edib

Dünya xəbərləri Materials 3 Mart 2022 12:34 (UTC +04:00)
Putin KTMT-nin sülhməramlı fəaliyyəti ilə bağlı sənədi Dumaya təqdim edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılıq fəaliyyəti barədə sazişə dəyişiklik edilməsi haqqında protokolu ratifikasiya üçün təqdim edib.

Trend-in məlumatına görə, sənəd Dumanın elektron bazasında yerləşdirilib.

Qeyd olunur ki, protokol BMT-nin himayəsi ilə keçirilən əməliyyatlarda iştirak edəcək sülhməramlı qüvvələri formlaşdıran "əlaqələndirici dövlət" anlayışının tətbiqini nəzərdə tutur.

"Protokol "əlaqələndirici dövlət" anlayışının tətbiqini və bu dövlətin himayəsində BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edəcək KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur", - sənəddə deyilir.

Qeyd edək ki, protokol 16 sentyabr 2021-ci ildə Düşənbədə imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti