...

Ermənistanda yeni prezident seçilib

Dünya xəbərləri Materials 3 Mart 2022 13:04 (UTC +04:00)
Ermənistanda yeni prezident seçilib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, Vahan Xaçaturyan səsvermənin ikinci turunda 71 səs yığaraq prezident seçilib.

Bu vəzifəyə yeganə namizəd olan V.Xaçaturyan birinci turda kifayət qədər səs toplaya bilməmişdi.

O, bu vəzifədə Armen Sarkisyanı əvəz edəcək. A.Sarkisyan yanvarın 23-də istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti