...

"Sony" Rusiyada "Playstation Store"-un işini, konsol və oyun satışını dayandırıb

Dünya xəbərləri Materials 10 Mart 2022 06:39 (UTC +04:00)
"Sony" Rusiyada "Playstation Store"-un işini, konsol və oyun satışını dayandırıb

Bakı. Trend:

Yaponiyanın “Sony” şirkəti Rusiyaya konsol, periferiya və oyunların tədarükünü, həmçinin ölkədə “Playstation Store”un fəaliyyətini dayandırmaq qərarına gəlib.

Trend xəbər verir ki bu barədə şirkətin rəsmi Twitter səhifəsində bildirilir.

"Sony Interactive Entertainment Ukraynada sülh çağırışı ilə beynəlxalq ictimaiyyətə qoşulur.Şirkət Rusiya Federasiyasına bütün çatdırılmaları, rəsmi onlayn mağazanın işini, həmçinin Rusiya bazarında Gran Turismo 7 yarış simulyatorunun satışını", - məlumatda deyilir.

Həmçinin, qeyd olunur ki, şirkət humanitar kanallar vasitəsilə faciənin qurbanlarına dəstək üçün 2 milyon dollar göndərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti