Bakı. Trend:
"Walt Disney" şirkəti Ukraynada baş verən hadisələr ilə əlaqədar Rusiyada bütün fəaliyyətini dayandırdığını elan edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.
Şirkət xatırladıb ki, bundan əvvəl kommersiya kinoprokatı üçün filmlərin Rusiya Federasiyasına yayımlanmasını dayandırmışdı.
İndi isə "Walt Disney" şirkəti "Rusiyada bütün digər biznes növlərini dayandırmaq üçün addımlar atır". Bu, kontent və məhsul lisenziyalaşdırılması, "Disney Cruise Line", "National Geographic" jurnalının fəaliyyətlərinə aiddir."