...

Dünya Bankı Ukraynaya 200 milyon dollar əlavə maliyyə yardımı ayırıb

Dünya xəbərləri Materials 14 Mart 2022 23:46 (UTC +04:00)
Dünya Bankı Ukraynaya 200 milyon dollar əlavə maliyyə yardımı ayırıb

Bakı. Trend:

Dünya Bankı Ukraynaya həssas əhali qrupuna daxil olan insanlara sosial xidmətləri gücləndirmək üçün ötən həftə təsdiqlənmiş 723 milyon dollardan əlavə olaraq 200 milyon dollara yenidən proqramlaşdırılmış maliyyə yardımı ayırıb.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, sözügedən yardım yaxın aylarda Ukrayna üçün nəzərdə tutulan 3 milyard dollarlıq dəstək paketinin bir hissəsidir.

Dünya Bankının prezidenti David Malpass bildirib ki, bank Ukraynaya ehtiyaclarını ödəmək üçün 6-8 həftə ərzində 3 milyard dollarlıq dəstək paketini yekunlaşdırmağa ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti