...

Polşa "Abrams" tankları alır

Dünya xəbərləri Materials 15 Mart 2022 05:15 (UTC +04:00)
Polşa "Abrams" tankları alır

Bakı. Trend:

ABŞ Polşaya M1A2 Abrams tanklarının satışına razılıq verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, sifarişçi ölkə tanklar, mühəndis maşınları, simulyatorlar və döyüş sursatları alacaq.

Birləşmiş Ştatlar eyni zamanda 13,9 mindən çox M830A1 kumulyativ mərmi, 6,900 XM1147 proqramlaşdırıla bilən mərmi və naməlum sayda KE-W A1 alt kalibrli mərmilərin satışını təsdiqləyib.

Polşa Müdafiə Nazirliyinin silahlanma departamentinin sözçüsü Kşiştof Platek vurğulayıb ki, Abrams tankları DM63A1 də daxil olmaqla yeni sursatlarla sertifikatlaşdırılmalıdır. Bu sursat Polşanın Leopard 2PL və Leopard 2A5 tanklarının arsenalına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti