...

Gürcüstan hökuməti ölkə prezidentini konstitusiyanı pozmaqda ittiham edib

Dünya xəbərləri Materials 15 Mart 2022 14:08 (UTC +04:00)
Gürcüstan hökuməti ölkə prezidentini konstitusiyanı pozmaqda ittiham edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili xarici səfərlərlə bağlı konstitusiyada nəzərdə tutulan prinsipləri bir neçə dəfə pozub.

Trend-in məlumatına görə, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, bununla əlaqədar hökumət yaxın zamanlarda Konstitusiya məhkəməsinə müraciət edəcək.

Bəyanatda bildirilir ki, prezident S.Zurabişvili Nazirlər Kabineti ilə razılaşdırmadan xarici səfərlər həyata keçirib, eyni zamanda hökumətin təqdimatı ilə bir sıra səfirləri təyin etməkdən imtina edib.

Hakim partiyanın parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze isə prezident barəsində impiçment proseduruna başlamaq niyyətində olmadıqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti