...

Türk Hava Yolları Ukrayna və Moldovaya uçuşların dayandırılma müddətini uzadıb

Dünya xəbərləri Materials 16 Mart 2022 01:52 (UTC +04:00)
Türk Hava Yolları Ukrayna və Moldovaya uçuşların dayandırılma müddətini uzadıb

Bakı. Trend:

"Türk Hava Yolları" (THY) aviaşirkəti Belarusa martın 31-dək, Ukrayna, Moldova və Rusiyanın Soçi və Rostov şəhərlərinə isə aprelin 10-dək uçuşları dayandırdığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə aviaşirkətdən bildiriblər.

"Ukraynaya/Ukraynadan uçuşlarımız 10 aprel 2022-ci il tarixinədək (daxil olmaqla) ləğv edilib. 10 aprel 2022-ci il tarixinədək (daxil olmaqla) Moldovaya/Moldovadan uçuşlarımız ləğv edilib. 31 mart 2022-ci il tarixinədək (daxil olmaqla) Belarusa/Belarusdan uçuşlarımız ləğv edilib. 10 aprel 2022-ci il tarixinədək (daxil olmaqla) Rostovdan/Rostova uçuşlarımız ləğv edilib. Soçidən/Soçiyə uçuşlarımız 10 aprel 2022-ci il tarixinədək (daxil olmaqla) ləğv edilib.

Biletlərin dəyişdirilməsi və pulun geri qaytarılması ilə bağlı sorğular üçün agentliyinizlə əlaqə saxlaya, vebsaytımıza daxil ola və ya +90 850 333 0 849 nömrəli zəng mərkəzimizlə əlaqə saxlaya bilərsiniz", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti