Bakı. Trend:
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya Federasiyasına qarşı bütün şikayətlərə baxılmasını dayandırmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə AİHM-in mətbuat xidmətindən bildiriblər.
"(Avropa Şurası - red.) Nazirlər Komitəsinin Rusiya Federasiyasının 2022-ci il martın 16-dan Avropa Şurasına üzvlüyünü dayandırması ilə bağlı qərarına uyğun olaraq, məhkəmə Rusiyaya qarşı bütün müraciətlərə baxılmasını dayandırmaq qərarına gəlib", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, şikayətlərə baxılması Rusiyanın üzvlüyünün dayandırılması üzrə hüquqi nəticələr müəyyən olunana qədər dayandırılır.